Gədəbəydə 57 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zamanlı kəndində qeydə alınıb.
Abşeron rayonu, Saraya qəsəbəsində yaşayan 1966-ci il təvəllüdlü Fazil Aslanov istirahət üçün getdiyi evdə su qurğusunu təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.