Cənubi Koreya hərbçiləri Şimali Koreyanın ilk hərbi kəşfiyyat peykinin qalıqlarını Sarı dənizdən çıxarıblar.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, əməliyyat zamanı Seul daşıyıcı raketin və peykin əsas hissələrini çıxarmağa nail olub. Mayın 31-də onu işə salmağa cəhd ediblər, lakin əməliyyat uğursuz olub.
İyunun 15-də Şimali Koreya Yapon dənizinə iki ballistik raket atıb. Yaponiya bununla bağlı KXDR-ə etiraz edib.
ABŞ Şimal Komandanlığının rəhbəri general Qlen Vanherke bildirib ki, Şimali Koreya ballistik raketlərlə hərbi potensialını artırmağa davam edir, həmçinin hipersəs silahlarının yaradılmasında irəliləyiş əldə edir.