Texasda atəşfəşanlıq nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN ştat polisinə istinadən xəbər verir.
Müstəqillik gününün qeyd olunması şərəfinə atəşfəşanlıq hazırlanıb. Lakin atəşfəşanlığı hazırlayarkən nə isə səhv olub və pirotexniki vasitələr partlayıb.
"Bir nəfər yerindəcə ölüb, daha dörd nəfər yaralanıb", - polis bildirib.