İsrail ordusu Qəzza zolağına zərbələr endirib

07:11 - 5 İyul 2023 - DÜNYA

İsrail ordusu Qəzza zolağına raket hücumlarına cavab verir.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Gecə səhər saatlarında həyata keçirilən raket hücumlarına cavab olaraq İsrail ordusu Qəzza zolağına zərbələr endirib”, - məlumatda deyilir.

İsrail Silahlı Qüvvələri hücumun yeraltı silah istehsalı müəssisəsinə, eləcə də raket materialları istehsalı müəssisəsinə edildiyini bildirib. Obyektlər Qəzza zolağında Fələstinin Həmas təşkilatına məxsus olub.

Xəbər xətti