Rusiya qırıcısı qəzaya uğradı

19:19 - 4 İyul 2023 - DÜNYA

Rusiyanın “MiQ-31” qırıcı təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Kamçatka ərazisində baş verib.

Bildirilib ki, qəza planlaşdırılmış təlim uçuşu zamanı olub.

Hazırda qəzanın baş verdiyi əraziyə ekipajın axtarışı üçün xilasedicilər göndərilib.

 

Xəbər xətti