Latviyanın “airBaltic” aviaşirkəti iyul ayında tarixində ilk dəfə olaraq uçuş zamanı sərnişinlərə əsl qazlı pivə təqdim edəcək.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, aksiya Latviya Mahnı və Rəqs Festivalına təsadüf edir. İyulun 7, 8 və 9-da havaya qalxan airBaltic sərnişinləri qazlı pivədən istifadə edə biləcəklər. İçki xüsusi aviasiya arabasından töküləcək.
Aviaşirkət qeyd edib ki, sərnişinlər 1865-ci ildə əsası qoyulmuş pivə zavodunda istehsal olunan yerli Latviya brendi Mežpils ilə qonaq ediləcəklər.