Fransa tənzimləyicisi "Google"u 2 milyon avro cərimələyib

16:32 - 4 İyul 2023 - DÜNYA

Fransanın Rəqabət, İstehlak və Vergidən Yayınma üzrə Baş İdarəsi "Google"u istehlakçılara dəqiq məlumat təqdim etmədiyinə görə təxminən 2 milyon avro cərimələyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin press-relizində bildirilib.

“2021-ci ildə Google platformasında aparılan auditlər nəticəsində DGCCRF Milli İstintaq Xidməti istehlakçıların hüquqlarının müdafiəsi məcəlləsində nəzərdə tutulmuş qaydalara əməl etmədiyinə görə Google Ireland Ltd şirkətinə qarşı ümumi məbləği 2,015 milyon avro məbləğində inzibati cərimə tətbiq edib”, - press-relizdə deyilir.

Tənzimləyici xidmətin axtarış sistemində və “Google Play” proqramlar mağazasında axtarış nəticələrinin sıralanması mexanizmləri, ödəniş şərtləri və təkliflərin qiymətləri haqqında məlumatın olmaması ilə bağlı bir neçə pozuntu qeydə alıb.

O da qeyd olunub ki, yoxlamalar başlayandan şirkət tərəfindən bəzi qanun pozuntuları aradan qaldırılıb.///tass

Xəbər xətti