Türkiyə İsrailin Cenindəki hərəkətlərini pisləyib

16:14 - 4 İyul 2023 - DÜNYA

Türkiyə İsrailin İordan çayının qərb sahilindəki hərəkətlərini kəskin şəkildə pisləyib və zorakılığa dərhal son qoymağa çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan iordaniyalı həmkarı Ayman əs-Səfədi ilə Ankarada danışıqlardan sonra bildirib. 

"İsrailin fələstinli mülki şəxslərə qarşı hərəkətlərini şiddətlə qınayırıq. İordaniya ilə birlikdə bölgədə sülhün təmin edilməsi üçün səy göstərəcəyik", - deyə Fidan bildirib.

Türkiyənin Xarici İşlər Nazirliyi çərşənbə axşamı İsrail ordusunun xüsusi əməliyyat keçirməsini pisləyib və bunun bölgədə yeni zorakılıq mərhələsinə səbəb ola biləcəyini qeyd edib.

Xəbər xətti