Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) nümayəndələri gələcəkdə də Zaporojye AES-in ərazisində qalmağa davam edəcəklər.
Ucnoqta.az xəbər verir ki, bunu təşkilatın rəhbəri Rafael Qrossi Yaponiya Milli Mətbuat Klubunda mətbuat konfransı zamanı deyib.
Qrossi vurğulayıb ki, AEBA AES-dəki vəziyyətlə bağlı hər gün öz nümayəndələrindən məlumat alır.
Qrossi AEBA-nın Zaporojye AES-dəki vəziyyəti “son dərəcə kövrək və təhlükəli” kimi qiymətləndirdiyini deyib.
“BMT Təhlükəsizlik Şurasında və burada, Tokioda çıxışım zamanı mən aydın mövqe ifadə etdim: Atom Elektrik Stansiyasına heç vaxt hücum edilməməlidir, Atom Elektrik Stansiyasından heç vaxt hərbi baza kimi istifadə edilməməlidir. Qrossinin sözlərinə görə, AEBA “nüvə insidentinin qarşısını almaq üçün nə etmək lazım olduğunu bilir”. "Və ümid edirik ki, bütün məsul şəxslər müvafiq olaraq hərəkət edəcək və zavodda faciəvi radiasiya hadisəsinin qarşısını alacaqlar", - o əlavə edib.