Türkiyə ilə Misir diplomatik əlaqələri tam bərpa edib

11:32 - 4 İyul 2023 - DÜNYA

Türkiyə ilə Misir 10 il sonra diplomatik münasibətləri tam bərpa edərək, səfir səviyyəsinə çatdırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Misir Xarici İşlər Nazirliyi Türkiyə ilə diplomatik əlaqələrin səfirlər səviyyəsinə yüksəldilməsi ilə bağlı məlumatı təsdiqləyib. Müvafiq bəyanat XİN-in “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc olunub.

"Misir Ərəb Respublikası və Türkiyə Respublikası diplomatik əlaqələrin səfirlər səviyyəsinə qaldırıldığını elan edir. Misir Əmr əl-Hamamini Ankaradakı səfiri təyin edir. Bu addım iki ölkə arasında diplomatik münasibətlərin bərpasına yönəlib və Misir və Türk xalqlarının rifahı naminə ikitərəfli əməkdaşlığı gücləndirmək üçün çalışmaqda onların ümumi əzmini əks etdirir" - Misir XİN-nin məlumatında deyilir.

Xəbər xətti