“I əməliyyatı” filminin aktyoru Vladimir Prixodko 88 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə kino-teatr.ru portalı məlumat yayıb. Aktyor 88 yaşında dünyasını dəyişib.
Bildirilir ki, sənətçi iyunun 10-da dünyasını dəyişib, lakin bu, yalnız indi məlum olub. Ölümün səbəbi açıqlanmayıb.
Vladimir Prixodko Ukraynanın Xarkov vilayətində anadan olub. Əvvəlcə aşpaz olan Prixodko futbol oynayıb, həm də fabrikdə işləyirdi. Zədədən sonra o, teatr studiyasına yazılmaq qərarına gəlib, bundan sonra aktyor kimi karyerasına başlayıb.
Prixodko Moskvaya gəldi və artıq 1965-ci ildə "I Əməliyyatı" və Şurikin digər sərgüzəştləri komediyasında oynayıb.