Fransada ötən gecə polisin tələblərini yerinə yetirməyən 17 yaşlı sürücünün ölümündən sonra yaranan iğtişaşlara görə polis və jandarmlar 72 nəfəri saxlayıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Məlumata görə, son gecə ərzində 24-ü Paris regionunda olmaqla 72 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 2-nə keçən gecə Fransada kütləvi iğtişaşların 719 iştirakçısı saxlanılıb. Qarşıdurma zamanı 45 polis və jandarm yaralanıb. Ötən gecə olduğu kimi 45 min asayiş keşikçisi səfərbər edilib. Ümumilikdə, Fransada iğtişaşlar başlayandan bəri 3,5 minə yaxın adam saxlanılıb.