Zelenski Baydeni Ukraynanı NATO-ya dəvət etməyə çağırıb

09:51 - 4 İyul 2023 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydeni alyansın iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitində respublikanı NATO-ya üzv olmağa dəvət etməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, Ukrayna liderinin sözlərini Ukraynanın Klymenko Time portalı yazıb.

“ABŞ prezidenti NATO-dakı gələcəyimizi dəstəkləyir, lakin indi dəvət Ukrayna əsgərləri üçün böyük motivasiya olardı. Ukraynanın indi dəvət alması çox vacibdir”, - deyə Zelenski bildirib.

Xəbər xətti