Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydeni alyansın iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitində respublikanı NATO-ya üzv olmağa dəvət etməyə çağırıb.
Ucnoqta.az xəbər verir ki, Ukrayna liderinin sözlərini Ukraynanın Klymenko Time portalı yazıb.
“ABŞ prezidenti NATO-dakı gələcəyimizi dəstəkləyir, lakin indi dəvət Ukrayna əsgərləri üçün böyük motivasiya olardı. Ukraynanın indi dəvət alması çox vacibdir”, - deyə Zelenski bildirib.