Ukrayna prezidenti Volodimir Zelenski keçmiş prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı şikayətlərinə görə Gürcüstan hakimiyyətinə müraciət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə prezident öz Telegram kanalında müraciət yazıb.
“Bir daha Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşı Mixail Saakaşvilini lazımi müalicə və qayğı üçün Ukraynaya köçürməyə çağırıram”, - deyə dövlət başçısı Avropa ölkələrini bu vəziyyətə biganə qalmamağa çağırıb.
Zelenski Xarici İşlər Nazirliyinə (XİN) Gürcüstanın Kiyevdəki səfirinə zəng edərək ona kəskin etirazını bildirmək və Tbilisi ilə məsləhətləşmələr üçün Ukraynanı tərk etməyi təklif etmək barədə göstəriş verib.