Ukrayna Beynəlxalq Valyuta Fondundan (BVF) büdcə xərclərinin maliyyələşdirilməsi üçün 890 milyon dollar məbləğində kreditin ikinci tranşını alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Beynəlxalq Valyuta Fondundan 890 milyon dollar həcmində ikinci tranş Ukraynanın dövlət büdcəsinin ümumi fonduna daxil olub.
Vəsaitlər Genişləndirilmiş Fond Mexanizmi (EFF) proqramının uğurlu ilk baxışı nəticəsində əldə edilib.
Beləliklə, hazırda Ukrayna BVF-dən artıq 3,59 milyard dollar alıb. Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, proqramın ümumi maliyyələşdirilməsi 15,6 milyard dollardır.///tass