Şolz Zelenski ilə telefon danışığı aparıb

20:41 - 3 İyul 2023 - DÜNYA

Almaniya kansleri Olaf Şolz və Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi telefon danışığı keçirib və onlar taxıl müqaviləsinin uzadılmasının lehinə danışıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Şolz və Zelenski BMT-nin himayə etdiyi taxıl sazişinin iyulun 17-dən sonra uzadılmasına çağırıblar ki, bu da dünyada ərzaq vəziyyətini yaxşılaşdıracaq.

Bundan əlavə, tərəflər Ukraynadakı siyasi, hərbi və humanitar vəziyyət”lə bağlı fikir mübadiləsi aparıblar. Kansler “Ukrayna ilə həmrəyliyini ifadə edib və həmçinin bəyan edib ki, Almaniya avropalı tərəfdaşlarla sıx koordinasiyada Kiyev hakimiyyətinə “hərbi dəstəyi davam etdirəcək.

Xəbər xətti