Ukrayna Danimarka və Almaniyadan onlarla "Leopard 1 A5" tankı alacaq

18:24 - 3 İyul 2023 - DÜNYA

 Almaniya və Danimarka yaxın həftələrdə Ukraynaya onlarla “Leopard 1A5” tədarük edəcək.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius "Rzeczpospolita"ya müsahibəsində deyib.

“Almaniya və Danimarka tərəfindən verilən onlarla Leopard 1 A5 döyüş tankı yaxın həftələrdə Ukraynaya gələcək. Bundan əlavə, may ayında biz daha çox IRIS-T SLM hava hücumundan müdafiə sistemləri kimi daha çox ehtiyac duyulan silahları ehtiva edən 2,7 milyard avroluq yeni yardım paketi hazırladıq”, - Almaniyanın müdafiə naziri bildirib.

Xəbər xətti