Hər dörd ukraynalıdan biri ölkəni tərk edib

12:54 - 3 İyul 2023 - DÜNYA

Ukraynalıların dörddə biri Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

2023-cü ilin iyun ayından bəri Donetsk, Xarkov və Xerson vilayətlərinin nəzarətində olan ərazilərdəki döyüş bölgələrindən 139 min insan təxliyə edilib.

BMT-nin hesablamalarına görə, 6,3 milyon ukraynalı qaçqın, 5 milyondan çox isə məcburi köçkün sayılır.

Belə ki, müharibədən əvvəlki 44 milyon nəfərlik Ukrayna əhalisi olan Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi səbəbindən onların dörddə biri evlərini tərk edib.

Xəbər xətti