İsrail Cenin şəhərinə raket zərbəsi endirib

11:48 - 3 İyul 2023 - DÜNYA

İsrail ordusu İordan çayının sahilində yerləşən Cenin şəhərinə raket zərbələri endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təhdid təhlükəsi ilə mübarizə aparmaq üçün terrorçu və silahlı yaraqlıların hədəflərinə zərbə endirib.

"Bundan başqa, silah istehsalı obyektinə və partlayıcı maddələr anbarına hücum edilib", - mətbuat xidməti əlavə edib.

Bazar ertəsi səhər saatlarında zirehli transportyorlar və tanklar da daxil olmaqla 200-dən çox zirehli texnika İsrail qüvvələrinin xüsusi hərbi əməliyyatı çərçivəsində Cenin şəhərinə və yaxınlıqdakı eyni adlı fələstinli qaçqın düşərgəsinə hücum edib. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Xəbər xətti