Göyərtəsində sərnişinlərin olduğu L-410 təyyarəsi mühərrik nasazlığı səbəbindən Komsomolsk-na-Amur hava limanına məcburi eniş edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Xabarovsk Hava Yolları” regional aviaşirkətinin Teleqram kanalında məlumat verilib.
Təyyarədə 14 sərnişin olub, onların hamısı oteldə yerləşdirilib. Aviaşirkətdən bildirilib ki, iyulun 4-də sərnişinlər başqa təyyarə ilə Komsomolsk-na-Amurdan Boqorodskoye kəndinə çatdırılacaq. Aviaşirkət mütəxəssisləri mühərrikin nasazlığını yoxlamaq və təhlil etmək üçün əraziyə uçacaqlar.///tass