İndoneziyada 5,6 bal gücündə zəlzələ baş verib

07:39 - 3 İyul 2023 - DÜNYA

Bazar ertəsi İndoneziyada 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların mənbəyi 49 km dərinlikdə yerləşirdi.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər xətti