Rusiyanın Primorye vilayətində üç vaqonlu lokomotiv relsdən çıxıb
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, üç vaqon və bir lokomotivin relsdən çıxması Primoryedə dəmir yolu mərhələsində baş verib.
Nəticələrin aradan qaldırılması üçün hadisə yerinə Partizansk və Pervaya Reçka stansiyalarından bərpa qatarları göndərilib. Ərazidə bərpa işləri davam edir.
Uzaq Şərq Nəqliyyat Prokurorluğunun mətbuat xidməti qatarın yük qatarı olduğunu bildirib.
Lokomotiv və vaqonların relsdən çıxması faktı ilə bağlı cinayət işi başlanıb, dəyən ziyan 1 milyon rublu ötüb.