"Vaqner" PMC bölgələrdə hərbi personalın işə qəbulu mərkəzlərinin işini müvəqqəti dayandırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə "PMC Wagner. İş elanları" Telegram kanalında deyilir.
"Biz PMC Wagner-də regional işə qəbul mərkəzlərinin işini 1 ay müddətinə müvəqqəti dayandırırıq", - meəlumatda deyilir.
Bildirilir ki, qərar hərbi dəstələrin xüsusi hərbi əməliyyatda müvəqqəti iştirak etməməsi və Belarus Respublikasına köçməsi ilə əlaqədar verilib.