"Vaqner" öz sıralarına işə qəbulu dayandırdı

00:29 - 3 İyul 2023 - DÜNYA

"Vaqner" PMC bölgələrdə hərbi personalın işə qəbulu mərkəzlərinin işini müvəqqəti dayandırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə "PMC Wagner. İş elanları" Telegram kanalında deyilir.

"Biz PMC Wagner-də regional işə qəbul mərkəzlərinin işini 1 ay müddətinə müvəqqəti dayandırırıq", - meəlumatda deyilir.

Bildirilir ki, qərar hərbi dəstələrin xüsusi hərbi əməliyyatda müvəqqəti iştirak etməməsi və Belarus Respublikasına köçməsi ilə əlaqədar verilib.

Xəbər xətti