Böyük Britaniya kralı III Çarlz iyulun 10-da Vindzor qəsrində ABŞ prezidenti Co Baydeni qəbul edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə monarxın ofisinin rəsmi nümayəndəsinə istinadən Reuters agentliyi məlumat yayıb.
O, dövlət başçısının London yaxınlığındakı ölkə iqamətgahında keçiriləcək görüşün təfərrüatlarını açıqlamayıb.