Bakının Qaradağ rayonunda iki minik avtomobili toqquşub.
"Report" xəbər verir ki, hadisə nəticəsində avtomobillərin birində olan sərnişin, 1976-cı il təvəllüdlü Əliyeva Gülnarə Cəmil qızı müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı dərhal təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.