Almaniya kansleri Berlində Makronla görüşəcək

14:18 - 30 İyun 2023 - DÜNYA

İyulun 3-də Almaniya kansleri Olaf Şolz Berlində dövlət səfəri çərçivəsində Almaniyaya səfər edəcək Fransa prezidenti Emmanuel Makronla görüşəcək.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə brifinqdə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrait məlumat verib.

Onun sözlərinə görə, proqrama Şpri çayı boyunca qayıqla səyahət və Brandenburq qapısının qarşısındakı Pariser meydanına baş çəkmək daxildir. O, təfərrüatları açıqlamayıb.

Xəbər xətti