"Real"ın futbolçusu Fransada polisin öldürdüyü 17 yaşlı yeniyetmədən danışdı

21:23 - 29 İyun 2023 - DÜNYA

"Real Madrid"in futbolçusu Tçuameni Fransada 17 yaşlı yeniyetmənin polisin açdığı atəş nəticəsində həlak olmasından danışıb

Ucnoqta.az xəbər verir ki, Tçuameni bu barədə "Twitter" səhifəsində yazıb.

“Nael mənim kiçik qardaşım ola bilər. İtkidən sonra anasının sözlərini eşidəndə ürəyim parçalanır, çünki orada anamın səsini tanıyıram”, - deyə futbolçu yazıb.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Fransanın Nanter şəhərində polis zabiti əmrə tabe olmaqdan imtina etdiyi üçün 17 yaşlı yeniyetməni güllələyib. Gənc yaralandıqdan bir müddət sonra dünyasını dəyişib. 

Hadisədən sonra polis əməkdaşı saxlanılıb.

Xəbər xətti