Kiyev vurulan sərnişin təyyarəsinə görə İrana qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bildirib ki, Kiyev Kanada, İsveç və Böyük Britaniya ilə birlikdə 2020-ci ilin yanvarında sərnişin təyyarəsinin vurulması ilə bağlı İrana qarşı Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Məhkəməsində iddia qaldırıb.
Ukrayna Xarici İşlər Nazirliyi vurğulayıb ki, PS752 reysinin qurbanlarına yardımın koordinasiyası üzrə beynəlxalq qrupun üzvləri Mülki Təhlükəsizliyə Qarşı Qanunsuz Hərəkətlərə Qarşı Mübarizə Konvensiyasının 14-cü maddəsinə uyğun olaraq arbitrajın təşkili ilə bağlı İranla razılığa gələ bilməyib.
Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-800 2020-ci il yanvarın 8-də vurulub. Təyyarə qəzasında 176 nəfər həlak olub.