Qaxda Bakı sakinini avtomobil vurub

18:12 - 29 İyun 2023 - HADİSƏ

Qaxda Bakı şəhər sakinini avtomobil vurub.

Hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kənd ərazisindən keçən hissəsində baş verib.

İbadət Nağıyev idarə etdiyi “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1984-cü il təvəllüdlü Bakı şəhər Xətai rayon sakini Elnur Məhərrəm oğlu Məhyəddinovu vurub.

Hadisə zamanı kəllə-beyn travması alan E.Məhyəddinov Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.///

Xəbər xətti