Tayvanın Penhu arxipelaqında yerləşən silahlı qüvvələri qarnizonu canlı atəşlə təlim keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı "Taiwan News" məlumat yayıb.
Məlumata görə, onların gedişində 155 və 105 mm çaplı haubitsalardan istifadə edilib. Bundan əlavə, qarnizonun əsgərləri işıqlandırıcı mərmilərin buraxılması üçün 120 mm-lik minaatanlardan istifadə ediblər.
Artilleriya atəşindən sonra M60A3 tankları tərəfindən dəstəklənən piyada bölmələri simulyasiya edilmiş düşməni məhv etmək üçün sahilə doğru irəliləyiblər.
Qarnizon komandiri general-leytenant Liu Seqinqin qeyd etdiyi kimi, təlimlər döyüş hazırlığını yoxlamaq üçün zəruri idi və arxipelaqda yerləşən bölmələrin döyüş hazırlığı çərçivəsində həyata keçirilib.