"Horizon Arctic" gəmisi Atlantik okeanında partlayan "Titan" qayığının qalıqlarını Kanadanın Sent Cons limanına çatdırıb.
Ucnoqta.az xəbər verir ki, vu barədə CBC məlumat yayıb.
Batiskafın hissələri kran vasitəsilə gəmidən boşaldılıb. Kanalın məlumatına görə, gəmi on gün ərzində cihazın batdığı ərazidə işləyib.
Qeyd olunur ki, bir qrup müstəntiq gəmi yanalmadan bir neçə dəqiqə sonra qalıqları öyrənmək üçün gəmiyə minib.
İyunun 18-də turistlər "Titan" sualtı gəmisi ilə Atlantik okeanında batmış "Titanik" sərnişin laynerinə enməyə başlayıb və yoxa çıxıblar. İyunun 22-də xilasedicilər Titanik yaxınlığında beş böyük batiskaf qalıqlarını aşkar ediblər. Ehtimala görə aparatda içəriyə doğru bir partlayış baş verib. Qayıqdaə beş nəfərin olduğu məlumdur: "OceanGate"in baş direktoru Stokton Raş, milyarder Hamiş Hardinq, iş adamı və milyarder Şahzadə Davud və oğlu Süleyman Davud və fransız kəşfiyyatçı Paul-Henri Narjolet. Onların heç biri sağ qalamyıb.