Fransa ilk hipersəs döyüş başlığını sınaqdan keçirib

16:58 - 27 İyun 2023 - DÜNYA

Fransa ilk dəfə V-MAX hipersəs döyüş başlığını sınaqdan keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Parisien qəzeti məlumat yayıb.

Döyüş başlığının sınaq uçuşu bazar ertəsi axşam saatlarında baş tutub. Eyni zamanda, cihaz səs sürətini beş dəfədən çox üstələyə bilib.

Qəzetin məlumatına görə, sınaqların təhlükəsizliyini təmin etmək üçün uzunluğu təxminən 2 min km olan ərazidə uçuşlara, eləcə də dəniz naviqasiyasına qadağa qoyulub.

Xəbər xətti