Kreml Yevgeni Priqojinin Belarusa gəlişi ilə bağlı sualı cavablandırıb
Ucnoqta.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov "Vaqner PMC"nin rəhbəri Yevgeni Priqojinin artıq Belarusa gəlib-gəlmədiyi barədə məlumatı olmadığını bildirib.
“Məndə heç bir məlumat yoxdur, heç nə deyə bilmərəm”, – Peskov deyib.
İyunun 24-də axşam Peskov Vaqner PMC-nin təsisçisinə qarşı cinayət işinə xitam veriləcəyini və "özü də Belarusa gedəcəyini" bildirdi.