Çinin cənub-qərbində torpaq sürüşməsi baş verib

11:07 - 27 İyun 2023 - DÜNYA

Çinin cənub-qərbindəki Siçuan əyalətində torpaq sürüşməsi nəticəsində 7 nəfər itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Vençuan qraflığında güclü yağışdan sonra baş verib. Sürüşmənin törətdiyi fəsadların aradan qaldırılması üçün səlahiyyətlilər 400-dən çox insanı səfərbər edib.

Hadisə ilə əlaqədar xilasedicilər təbii fəlakət zonasında olan 900-dən çox sakini təxliyə ediblər. İtkin düşənlərin axtarışı davam edir.

Xəbər xətti