Silahlı üsyan onsuz da yatırılacaqdı
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin xalqa müraciətində deyib.
Putin ictimaiyyətin, partiyaların, dini qurumların, bütün cəmiyyətin konstitusiya quruluşunu dəstəkləməkdə qətiyyətli mövqe tutduğunu qeyd edib.
"Qiyamın təşkilatçıları ölkəyə xəyanət edərək onlarla birlikdə olanlara da xəyanət ediblər. Şənbə hadisələri zamanı həlak olan qəhrəman pilotların cəsarəti və fədakarlığı onları dəhşətli nəticələrdən xilas edib".
Putin deyib ki, qərarlar onun birbaşa göstərişi ilə qəbul edilib.
Rusiya prezidenti "Vaqner" döyüşçülərinə Müdafiə Nazirliyi ilə müqavilə bağlamağı, evə qayıtmağı və ya Belarusa getməyi təklif edib.