Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lerik rayonunda dağlıq-meşəlik ərazidə 1 nəfərin hündürlükdən yıxılması barədə məlumat daxil olub.
FHN-dən Ucnoqta.az-a verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşın mürəkkəb relyefli dağlıq ərazidə hündürlükdən çay dərəsinə yıxılaraq öldüyü müəyyən olunub.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti çay qırağından götürülərək təhlükəsiz əraziyə gətirilib və aidiyyəti üzrə təhvil verilib.
15:64
Lerikdə bədbəxt hadisə nəticəsində istirahətə gedən şəxs ölüb.
Səngəçal qəsəbə sakini 1968-ci il təvəllüdlü Füzuli Seyfulla oğlu Hacıyev turla Lerik rayonuna istirahətə gedib. Lerikdə F.Hacıyev turdan (qrupdan) bir az aralanaraq, dərəyə tərəf baxmağa gedib. Bu zaman onun ayağı sürüşüb və təqribən 80 metrlik dərəyə düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin( FHN) Cənub mərkəzinin xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub. Görülən tədbirlər nəticəsində F.Hacıyevin meyit dərədən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.///apa