ABŞ-da parkinqdə atışma nəticəsində 3 nəfər ölüb

20:17 - 25 İyun 2023 - DÜNYA

Missuri ştatının Kanzas-Siti şəhərində avtomobil dayanacağında atışma nəticəsində azı 3 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə bazar günü ABC telekanalı qraflığın şerif ofisinə istinadən məlumat yayıb. Məlumata görə, 5 nəfər yaralanıb.

Zərərçəkənlər həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Xəbər xətti