Lukaşenko Putin və Nazarbayevlə telefon danışığı aparıb

19:33 - 25 İyun 2023 - DÜNYA

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putin və Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə telefon danışığı aparıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə BelTA agentliyi Belarus liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, Putinlə söhbət səhər saatlarında baş tutub. Günün ikinci yarısında Lukaşenko Nazarbayevlə danışıb, onunla beynəlxalq vəziyyəti, regiondakı vəziyyəti və Belarus-Qazaxıstan münasibətlərini müzakirə edib.

Xəbər xətti