Türkiyə silahlı qüvvələri İraqın şimalında və İraq Kürdüstanının bir hissəsində yerləşən Ərbil vilayətində PKK mövqelərinə hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Shafaq News portalı məlumat yayıb.
Məlumata görə, kürd muxtariyyətinin inzibati mərkəzi - Ərbilin şimalında yerləşən Sidekan bölgəsində PKK mövqeləri bombalanıb.