Niderland vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb

12:53 - 25 İyun 2023 - DÜNYA

Niderland vətəndaşlarını Priqojinin üsyanından sonra “qeyri-müəyyənlik” səbəbindən Rusiya Federasiyasını tərk etməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin Telegram kanalında məlumat yerləşdirilib. Məlumata görə, Moskvadakı səfirliyi vətəndaşları Priqojinin üsyanından sonra Rusiya ərazisini tərk etməyə və oraya getməməyə çağırıb.

“Hazırda siz hələ də ölkəni bir çox yollarla, təyyarə və ya quru ilə tərk edə bilərsiniz, lakin bu, tezliklə dəyişə bilər. Hollandiya hökuməti Rusiyanı tərk etməyinizə kömək edə bilməz”, - səfirlik xəbərdarlıq edib.

Xəbər xətti