Suriyada terrorçularla toqquşmada 4 polis əməkdaşı həlak olub

11:47 - 25 İyun 2023 - DÜNYA

Suriyanın cənubunda yerləşən Deraa əyalətində naməlum terrorçuların hücumu nəticəsində hüquq-mühafizə qüvvələrinin azı 4 əməkdaşı həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə SANA agentliyi polis idarəsindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, daha bir hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb, vəziyyəti ilə bağlı təfərrüatlar verilmir.

Bildirilir ki, terrorçular vilayətin mərkəzi Deraa şəhəri yaxınlığında pusqu qurublar. Atəşlə üzləşən polislər Təfəs şəhərindəki təlim mərkəzlərinə yollanıblar.

Hələlik heç bir təşkilat hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.///tass

Xəbər xətti