ABŞ Priqojinin üsyanını əvvəlcədən bilib, lakin ...

11:36 - 25 İyun 2023 - DÜNYA

ABŞ Priqojinin üsyanını əvvəlcədən bilirdi

Ucnoqta.az xəbər verir ki, bu barədə “Washington Post” yazıb. Məlumata görə, lakin Rusiya Federasiyası daxilində parçalanmaya mane olmayıb.

Bildirilir ki, Amerika kəşfiyyatı hələ iyunun ortalarında Rusiya Federasiyası daxilində mümkün üsyan barədə siqnallar alıb, lakin belə “hadisə”yə hazırlığın konkret xarakteri və vaxtı barədə məlumatlara malik olmayıb.

Eyni zamanda, “New York Times” yazır ki, ABŞ Priqojinin bu cür niyyətlərini onun iğtişaşının başlamasına iki gün qalmış bilib. Bununla belə, Amerika kəşfiyyat xidmətləri "Vaqner" hərbi dəstəsinin liderinin planları barədə susub, çünki onlar Putinə onun ətrafındakı ciddi parçalanmanın qarşısını almaqda maraqlı deyildilər.

Xəbər xətti