Almaniya Ukraynaya daha 45 "Gepard" zenit silahı verəcək
Ucnoqta.az xəbər verir ki, Almaniyanın Ukrayna üzrə Situasiya Mərkəzinin rəhbəri, briqada generalı Kristian Freydinq "Welt am Sonntag"a müsahibəsində bildirib ki, yaxın həftələrdə 15 zenit silahı təhvil veriləcək, daha 30-u isə ilin sonuna qədər təhvil veriləcək.
Həmçinin, ilin sonuna kimi hökumət Ukraynaya daha 2 "İRİS-T" hava hücumundan müdafiə sistemi tədarük edəcək və gələn il daha 4 İris bölməsini təhvil vermək niyyətindədir.