Priqojin Lukaşenkonun "Vaqner" PMC-nin hərəkətini dayandırmaq təklifini qəbul edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Yevgeni Priqojin Belarus presidenti Aleksandr Lukaşenkonun "Vaqner" hərbi dəstəsinin hərəkətini dayandırmaq və gərginliyi azaltmaq üçün addımlar atmaq təklifini qəbul edib.
Vəziyyətin həlli üçün sərfəli və məqbul variant, "Vagner" döyüşçüləri üçün təhlükəsizlik zəmanətləri ilə hazırlanmışdır.
Lukaşenko ilə Priqojin arasında danışıqlar bütün gün davam edib.