Ukrayna Rusiya ilə bağlı daha bir sazişdən çıxıb

19:49 - 24 İyun 2023 - DÜNYA

Ukrayna Rusiya Federasiyası ilə xaricdəki vətəndaşların əmək və sosial müdafiəsi haqqında sazişdən çıxıb

Ucnoqta.az xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk Telegram-da bildirib. Kiyev Rusiya Federasiyası ilə xaricdə əmək fəaliyyəti və vətəndaşların sosial müdafiəsi haqqında müqaviləni ləğv edib.

Müqavilə 1993-cü il yanvarın 14-də bağlanıb. Melniçukun sözlərinə görə, Ukrayna hökuməti Rusiya ilə Ukrayna arasında 2011-ci il iyunun 7-də imzalanmış bitkilərin karantini sahəsində əməkdaşlıq haqqında sazişə xitam verilməsi haqqında qanun layihəsini də təsdiqləyib.

Xəbər xətti