“Vaqner” Moskvaya 4 saatlıq məsafədədir - FOTO

17:48 - 24 İyun 2023 - DÜNYA

Rusiyanın Lipetsk vilayətinin Krasnoye kəndi yaxınlığında “Vaqner” özəl hərbi şirkətinin kolonu görünüb.

Bunu təsdiqləyən videogörüntülər “Telegram” kanallarından birində yayılıb.

“Meduza”nın geolokasiya edə bildiyi videolara əsasən, “Vaqner” üzvlərinin avtomobilləri dəmir yolu relsləri boyunca hərəkət edirlər.

Bundan başqa Krasnoye kənd sakinləri də mediaya qum kamuflyajında ​​insanları gördükləri barədə məlumat veriblər.

Qeyd edək ki, Moskva həmin ərazinin təxminən 400 kilometrliyindədir.///oxu.az


Xəbər xətti