Rostovda Britaniya Viza Müraciət Mərkəzi bağlanacaq

15:50 - 24 İyun 2023 - DÜNYA

Rostovda Böyük Britaniyanın Viza Müraciət Mərkəzi iyunun 26-dan 30-dək müvəqqəti bağlanacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

“Mərkəz nümayəndələri bütün müraciət edənlərlə əlaqə saxlayacaqlarını və sənədlərin təqdim edilməsi üçün yeni tarixlər təklif edəcəklərini vəd edirlər”, - məlumatda deyilir.

İyunun 24-də səhər saatlarında "Vaqner" qüvvələri Rostova daxil olub.

Xəbər xətti