London Priqojinin üsyanını Rusiyanın təhlükəsizliyi üçün ən böyük təhdid adlandırır
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Britaniyanın müdafiə naziri Ceyms Kleverli deyib ki, Yevgeni Priqojin üsyanı Rusiyanı son zamanlar ən böyük təhlükəsizlik təhdidinə sürükləyir.
"Yaxın saatlarda Rusiya təhlükəsizlik qüvvələrinin, xüsusən də Rusiya Milli Qvardiyasının sədaqəti bu böhranın necə inkişaf edəcəyinin açarı olacaq", - nazir vurğulayıb.